Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə dövlət katibinin müavini – Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Hippi ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edilib və iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiya, enerji, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri, o cümlədən alternativ enerji mənbələri və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərin məmnunluq doğurduğu qeyd edilib və Birləşmiş Krallığın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olduğu vurğulanıb.

Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın Böyük Britaniya ilə əlaqələrə önəm verdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Nazir Ceyhun Bayramov post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyətdən danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Nazir, Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni, eləcə də bu ərazilərin yenidənqurulması və bərpası işlərində iştirakının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ceyms Hippi Azərbaycana ilk səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilən görüşü məmnunluqla vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31