Azərbaycan neftinin qiyməti 124 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 123,87 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.