AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə - XƏBƏRDARLIQ
Rayonlara gedənlərin çoxu yol kənarlarında fəaliyyət göstərən restoran və çayxanalardan istifadə edir. Amma həmin obyektlərdəki vəziyyət sanitar normalara uyğun deyil. Müştərilərə verilən yeməklər antisanitar şəraitdə hazırlanır. Bəzi obyektlərin mətbəxi belə yoxdur.

Problemlə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurmu?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a bildirilib ki, ilk növbədə restoranın girişində tibbi və ya sağlamlığa nəzarət orqanının obyektə təqdim etdiyi sertifikat yerləşdirilməlidir:

“Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarəti həyata keçirilir. İctimai-iaşə obyektləri, kafe və restoranlar da qida zəncirinin mühüm tərkib hissəsi olduğundan bu kimi yerlərdə də agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

Həmçinin, konkret faktlara əsaslanan hər hansı müraciətlər olduqda agentlik əməkdaşları tərəfindən növbədənkənar yoxlamalar həyata keçirilir.

İctimai iaşə obyektlərinin sanitar-gigiyenik normalara uyğun şəkildə təşkili əhalinin sağlamlığı üçün olduqca vacibdir. Kütləvi istehlak üçün nəzərdə tutulan obyektlərin gigiyenik baxımdan təmiz və səliqəli olduğunu göstərən bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baş verə biləcək müxtəlif miqyaslı qida zəhərlənmələrinin qarşısını almağa və müştəri məmnuniyyətini qazanmağa kömək edir.

Müəssisənin qida təhlükəsizliyi normalarına cavab verməsi işçi heyətin, mətbəxin və xidmət sahəsində istifadə olunacaq xidməti avadanlıqların (boşqab, çəngəl, qaşıq, bıçaq və s.), müştərilərin istirahəti üçün ayrılan sahənin və obyektin müəyyən olunan standartlara uyğunluğundan asılıdır.

İlk növbədə restoranın girişində tibbi və ya sağlamlığa nəzarət orqanının obyektə təqdim etdiyi sertifikat yerləşdirilməlidir”.

Agentlikdən qeyd edilib ki, qida hazırlanması prosesi qidanın təhlükəsizliyi tələblərinə uyğun olaraq həyata keçirilməsə, xüsusi tələblərə əməl edilmədiyi təqdirdə qanunvericilik çərçivəsində müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırıla bilər:

“Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. Vətəndaşlar isə xahiş edir ki, ictimai-iaşə obyektlərində qida təhlükəsizliyi ilə bağlı hər hansı nöqsanla rastlaşsalar, agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930