Prezidentdən kirayə mənzillərlə bağlı FƏRMAN - Bu qayda LƏĞV OLUNDU
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

Bu Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.

İndiyə qədər kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməli idi. Bu məhdudiyyət ləğv edilir. Bundan sonra kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.
İndiyə qədər kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməli idi. Dəyişikliyə əsasən, artıq "kirayə müqaviləsi bağlanıldıqdan sonra” sözləri də çıxarılır. Beləliklə, kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir.

Fərmana əsasən, kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası da dəyişib. Dəyişikliyə əsasən, müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Elektron sistem vasitəsilə müraciət edən şəxsə qeydiyyat nömrəsi verilir və görüş vaxtı təyin edilir. Təyin edilmiş vaxtda görüşə gəlməyən şəxsin növbəsi ləğv edilir. Müraciət edən şəxs öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir.

Kirayəçi bu Qaydaya əsasən aylıq ödənişin ən azı 12 mislini qabaqcadan kirayə müqaviləsi notariat qaydasında təsdiq edilərkən Fondun hesabına ödəyir.
Müraciət edən şəxs bu Qaydada nəzərdə tutulmuş müddətə riayət etmədikdə, kirayə müqaviləsinin bağlanmasından elektron sistem vasitəsilə avtomatik şəkildə imtina ediləcək.

Kirayəçinin bu Qaydada nəzərdə tutulmuş qaydada yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla, Fonda ödənilmiş aylıq ödənişləri geri qaytarılmır və Fondun gəliri hesab olunur.

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31