Xəbərlər
3.03.2022, 22:29
Ukraynadan təxliyə olunan soydaşlarımız göstərilən qayğıya görə minnətdarlıqlarını bildirirlər
Hər şey yüksək səviyyədə təşkil olunub. Sərhəddə bizi qarşıladılar. Yeməkdən, paltardan tutmuş hər şeylə təmin etdilər, Vətənə çatdırdılar.
Bu sözləri martın 3-də çarter reysi ilə Bakıya gələn azərbaycanlı qadın AZƏRTAC-a deyib. Ukraynanın İzmail vilayətindən təxliyə olunan soydaşımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, Ukraynada mövcud vəziyyətlə bağlı vətəndaşlarımızın ölkəmizə növbəti təxliyəsi həyata keçirilib. Rumıniyanın Yassı hava limanından 18-i uşaq olmaqla, 201 azərbaycanlı Vətənə gətirilib. Bu, Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirən sayca 4-cü çarter reysidir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay