Xəbərlər
19.02.2022, 20:31
Şəhriyar Məmmədyarov “Airthigs Masters” turnirində mübarizəyə başlayır
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirində mübarizəyə başlayır.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, şahmatçımız turnirin birinci günündə 4 turda iştirak edəcək. Ş.Məmmədyarov ilk 3 turda rusiyalı şahmatçılar Andrey Yesipenko, Yan Nepomnyaşi və Aleksandra Kostenyuk ilə mübarizə aparacaq. Günün son partiyasında şahmatçımız almaniyalı Vinsent Keymer ilə qarşılaşacaq.
Yarışın ilkin mərhələsi dairəvi sistemlə keçiriləcək və 16 oyunçudan yalnız 8-i pley-offa yüksələcək. Turnir fevralın 26-dək davam edəcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay