Hansı pullar dövriyyədən çıxarılır? - Mərkəzi Bankdan AÇIQLAMA

Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildiyiniz kimi, Azərbaycanda yeni dizaynda 20 qəpiklik metal pullar, həmçinin 1, 5 və 50 manatlıq əsginaslar dövriyyəyə buraxılıb. Mərkəzi Bank bununla əlaqədar yaranan “Köhnə dizaynda pullar dövriyyədən çıxarılırmı, yaxud paralel olaraq digərləri ilə təkrar dövriyyəyə buraxılır?” sualına aydınlıq gətirib:

“Azərbaycan Mərkəzi Bankı tərəfindən pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlanılıb və bu çərçivədə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb. Proseslərin davamı olaraq, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib və 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılması nəzərdə tutulur.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən ötən ildə 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub.

Yenilənmiş pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədədir və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Bununla yanaşı bildirmək istərdik ki, Mərkəzi Bankda pul nişanları müasir texnoloji sistemlərdə emal olunur və keyfiyyətinə görə çeşidlənir. Tədavülə yararlı pul nişanları (yeni və ya köhnə dizaynda olmasından asılı olmayaraq) təkrar dövriyyəyə buraxılır, yararsız pul nişanları isə tədavüldən çıxarılaraq məhv edilir”.

AMB-nin açıqlamasına əsasən, köhnə dizaynda olan pullar da yararsız hesab edilmədikcə yenidən dövriyyəyə buraxıla bilir və yalnız yararsız hesab edilən pul nişanları tədavüldən çıxarılır.

Son xəbərlər

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31