SOCAR rəhbərliyi Əbu-Dabi beynəlxalq neft-qaz sərgi konfransında iştirak edib
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 15-18-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olub.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində SOCAR prezidenti Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) ev sahibliyi ilə dünyanın 30-dan artıq aparıcı enerji şirkətinin icraçı direktorlarının qatıldığı dəyirmi masada və Əbu-Dabidə keçirilən beynəlxalq neft-qaz sərgi-konfransında (ADIPEC) iştirak edib.


Dəyirmi masanı BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətinin idarəedici direktoru və Qrup rəhbəri Dr. Sultan Əhməd Əl Caber açaraq qonaqları salamlayıb. Tədbirin moderatoru, IHS Markit informasiya provayderinin vitse-prezidenti, tanınmış ekspert Daniel Yergin müzakirə olunacaq mövzuları iştirakçıların diqqətinə çatdırıb. Dəyirmi masanın gündəliyində getdikcə dərinləşən hasilat çatışmazlığının aradan qaldırılması və enerji keçidi dövründə şirkətlərin üzləşdikləri çağırış və fürsətlər əsas diqqət mərkəzində olub. İştirakçılar bu il oktyabrın 31-dən noyabrın 13-dək Qlazqoda keçirilmiş BMT İqlim Dəyişiklikləri Konfransından (COP26) sonra karbohidrogenlər sahəsinə investisiyaların azalmasının qısa və orta müddətli dövr ərzində enerji istehsalına göstərəcəyi təsiri, habelə enerji sənayesində bu istiqamətdə idarəçilik məsələlərini müzakirə edib, hasilat və emal sənayesinin iqlim dəyişikliyi ilə mübarizədə rolu, innovasiyalar, tətbiq edilə biləcək yenilik və imkanlar haqqında fikir mübadiləsi aparıblar.

Noyabrın 15-də SOCAR-ın nümayəndə heyəti ADIPEC sərgi-konfransının açılış mərasimində və konfransın sessiyalarında iştirak edib. SOCAR-ın sərgidəki stendi ziyarət olunub, bir sıra ikitərəfli görüşlər keçirilib.

Qeyd edək ki, hər il dünyanın neft, qaz və enerji şirkətləri təmsilçilərini və peşəkar mütəxəssisləri bir araya gətirən Əbu-Dabi Beynəlxalq neft-qaz sərgi konfransı (ADIPEC) qlobal enerji sahəsində getdikcə genişlənən və yeni dəyər yarada biləcək imkanları müəyyənləşdirir, hərəkətə gətirir. Sərgidə 2000-dən çox şirkət, o cümlədən 51 milli neft şirkəti, beynəlxalq neft və enerji şirkətləri yeni məhsullarını, həll və texnologiyalarını təqdim edir, yeni biznes əlaqələri qurmaq üçün imkanlar qazanır. Sərgidə 26 ölkənin stendləri nümayiş olunub və bu stendlərdə sənayenin bütün dəyər zənciri boyunca yaradılmış beynəlxalq ticarət mühiti öz əksini tapıb.

Son xəbərlər

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Həsənxan Əsədov : DOSTUM - FOTO

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yazılarla təsəlli tapırıq

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31