Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər təşkil olunubOmbudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş tədbirlər keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, təsisatın Gəncə Regional Mərkəzi Konstitusiya Günü münasibətilə “Uşaq hüquqlarının konstitusion təminatı” mövzusunda onlayn tədbir keçirib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax Rayon Şöbəsi ilə birgə təşkil edilmiş tədbirdə gənclər və məktəblilər iştirak ediblər.


Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək qeyd edib ki, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildikdən sonra ölkəmizdə genişmiqyaslı demokratik, hüquqi islahatların həyata keçirilməsinə başlanılıb.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilmiş tədbirdə uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə Azərbaycan ombudsmanının dövlət qurumları, beynəlxalq təşkilatlar, həmçinin yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyi qeyd olunub. S.Abbasov çıxışı zamanı Azərbaycan Respublikasının Konstitusiyasında mövcud olan uşaq hüquqları ilə bağlı müddəalar və konstitusion təminatlar haqqında ətraflı məlumat verib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Konstitusiya Günü ilə əlaqədar rayonun Gənclər və İdman İdarəsi və Peşə Təhsili Mərkəzi ilə birgə tədbir təşkil edib. Tədbirdə regional mərkəzin əməkdaşları ilə yanaşı, adıçəkilən qurumların nümayəndələri, habelə müəllim və tələbələr iştirak ediblər.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirdə ümumilikdə konstitusiyanın sosial-hüquqi mahiyyəti, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması tarixi və müddəaları barədə ətraflı çıxış edib. Daha sonra insan hüquqları sahəsində qəbul edilmiş "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, habelə Azərbaycan Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti barədə də geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Ombudsmanın Quba Regional Mərkəzi isə bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə videokonfrans rejimində tədbir keçirib. Tədbirdə qeyd olunan qurumların əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçıları müvəkkilin adından salamlayaraq, təbrik sözlərini çatdırdıqdan sonra bu gün qəbul edilməsinin 26 illiyi qeyd edilən konstitusiyamızın əhəmiyyəti, bu ali qanunvericilik aktının vətəndaşlarımıza verdiyi hüquq və azadlıqlar barədə ətraflı məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirə aparılıb.

Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər təşkil olunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər təşkil olunub
Ombudsmanın regional mərkəzləri tərəfindən 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbirlər təşkil olunub

Son xəbərlər

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31