“Zəfər arzuları” sosial aksiyası yekunlaşıbQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) 44 günlük Vətən müharibəsindəki Qələbəyə həsr etdiyi “Zəfər arzuları” sosial aksiyası başa çatıb.

AZƏRTAC Komitənin saytına istinalda xəbər verir ki, aksiyanın məqsədi torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda ötən il aparılan Vətən müharibəsindəki möhtəşəm Zəfərin qazanılmasının mühüm amili kimi birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiram bildirmək idi.

Aksiya iştirakçıları onlara təqdim edilən kiçik ölçülü standart kağız parçalarına arzu və istəklərini yazaraq, iri lövhədə yalnız konturları görünən təsvirin üzərindəki xanalara yapışdırıblar. Sonda üçrəngli Dövlət bayrağımızın rənglərinə boyanmış “Dəmir yumruq” təsviri yaranıb.

Noyabrın 5-dən 9-na qədər davam edən aksiya paytaxtda gediş-gəlişin gur olduğu Dənizkənarı bulvarın bir neçə yerində və “Zəfər yarmarkası”nda keçirilib. “Dəmir yumruq” təsvirinin üzərinə hər gün yüzlərlə insan yığcam tərzdə öz ürək sözünü yazıb. Aksiyada tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər. Onların arasında arzularını Azərbaycan dili ilə yanaşı, ingilis, ərəb, türk, rus dillərində qeyd edənlər də olub.

“Zəfər arzuları”nda “Bizə bu zəfəri yaşadan şəhidlərimizin qarşısında baş əyirik. Allah Azərbaycan Ordusunun qorusun”, “Şəhidlərimizi qürurla anırıq. Borcunuz ödənməz, Azərbaycan əsgəri”, “Var olsun, Azərbaycan əsgəri!”, “Qarabağ Azərbaycandır!”, “Şərqi Zəngəzur Azərbaycandır”, “Təşəkkürlər, Azərbaycan Ordusu” və digər bu kimi vətənpərvər ruhlu qeydlər çoxluq təşkil edib.

Tədbirdə iştirak edən ziyalılar Zəfər günü ərəfəsində belə bir tədbirin təşkil edilməsini gözəl təşəbbüs adlandırıblar.

“Zəfər arzuları” lövhəsinin üzərindəki qeydlərlə birlikdə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılacaq Zəfər Muzeyi abidə-kompleksinə təqdim olunması nəzərdə tutulur.

Son xəbərlər

Kerem Bürsin əməliyyat olundu - Fotolar

UNİVERSİTETƏ GEDƏN YOL

Daşdəmir ƏJDƏROĞLU : SULUTUN AĞRISI, RAFİQ KƏRİMOVUN SƏSİ - FOTOLAR

15 ildən sonra yenidən “Ron Uizli”ni canlandıracaq

YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Hacıməmməd Məmmədov : ZÜMRÜD VƏLİYEVA — ÖMRÜNÜN ŞEİRƏ ÇEVRİLƏN SƏTİRLƏRİ

KƏNDDƏN BAŞLAYAN YOLUN İŞIĞI - FOTOLAR

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Avropa Liqasında da püşk atıldı - Fotolar

Rəngli Nepaldan geri qalanlar - Fotolar

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Kəlbəcərə dolu yağıb

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı

AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub

Şəkidə körpüdən yıxılan müəllim öldü - Foto

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31