Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılıbNoyabrın 2-də Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzrə parlamentin Elm və təhsil komitəsi yanında yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, dəvət olunmuş sahə mütəxəssisləri iştirak ediblər.

İşçi Qrupunun rəhbəri, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev öncə bu qrupun yarandığı dövrdən indiyədək olan fəaliyyəti barədə məlumat verib, genişləndirilmiş iclaslarından söz açıb. Ali təhsil müəssisələrinin rektorları ilə görüşlərdə onların təkliflərinin dinlənildiyini, ADA Universitetində işgüzar şəraitdə qanun layihəsi ilə bağlı səmərəli fikir mübadiləsi aparıldığını bildirib. Təhsil ekspertlərinin də “Ali təhsil haqqında” qanun layihəsinə dair təkliflərinin nəzərə alındığını qeyd edib.

Bəxtiyar Əliyev qanun layihəsinin bugünkü müzakirəyə təqdim olunmuş variantının sahə mütəxəssisləri və Təhsil Nazirliyi ilə çox sıx əməkdaşlıq şəraitində xeyli təkmilləşdirildiyini, cəmi 53 maddədən ibarət olduğunu və konseptual baxımdan dəstəkləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu sənəd dövlətimizin başçısının təhsil sahəsində həyata keçirdiyi islahatların ruhuna uyğun hazırlanıb, xüsusilə də ali təhsil sisteminin rəqabət qabiliyyətinin artırılmasına və möhkəmləndirilməsinə xidmət edəcək. Layihədə müasir dövrün yeni çağırışları nəzərə alınıb.

Sonra iclasda İşçi Qrupun rəhbərinin müavini, təhsil nazirinin müavini İdris İsayev çıxış edərək yeni qanun layihəsinin əhatə etdiyi mühüm məsələlərdən söz açıb. Qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsi ölkəmizin təhsil sisteminə yeni format gətirəcək.

Müzakirələrdə İşçi Qrupun rəhbərinin müavini, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı və İşçi Qrupunun üzvləri – deputatlar Anar İsgəndərov, Etibar Əliyev, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə çıxış edərək rəy və təkliflərini bildiriblər. “Ali təhsil haqqında” qanun layihəsinin çox mütərəqqi sənəd olduğunu vurğulayıblar. Dövlətin strateji sahələrindən olan təhsilin qanunvericilik bazasının dövrümüzün yeni reallıqlarına və yeni çağırışlarına uyğun təkmilləşdirilməsi istiqamətində bütün imkanların səfərbər edilməsinin vacibliyindən danışıblar.

İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təhsil sahəsi qarşısında tamamilə yeni vəzifələr qoyub. Bu qanunun hazırlanmasından əsas məqsəd Azərbaycan təhsilinin dünya standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsidir. Əsas məsələ ondan ibarətdir ki, qanun həyatda olan tendensiyaları özündə əks etdirsin, dövrün tələblərinə cavab versin.

Səfa Mirzəyev İşçi Qrupun bugünkü toplantısını səmərəli görüş kimi dəyərləndirib, dəyərli təkliflərin nəzərə alınmasını məqsədəuyğun sayıb, “Ali təhsil haqqında” qanun layihəsinin yüksək səviyyədə hazırlandığını qeyd edib, İşçi Qrupa uğurlar arzulayıb.

İclasda İşçi Qrupun üzvləri – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Slavyan Universitetinin rektoru vəzifəsini icra edən Anar Nağıyev qanun layihəsinə münasibət bildiriblər, pedaqoji təcrübələrinə istinadən irad və təkliflərini, qeydlərini diqqətə çatdırıblar.

Qanun layihəsinin ətraflı təhlil olunduğu müzakirələrdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov fikir və mülahizələrini İşçi Qrupun üzvləri ilə bölüşüblər.

Müzakirələrdə yeni çağırışların təhsil sahəsində qarşıya yeni tələblər qoyduğu, Azərbaycanda ali təhsilin dünya və Avropa standartlarına uyğunlaşdırılması zərurətinin meydana gəldiyi, layihənin konseptual baxımdan məqbul olduğu bildirilib. İnam ifadə olunub ki, bu sənəd Azərbaycanda təhsil sisteminə öz müsbət təsirini göstərəcək.

Fikir mübadiləsinin yekununda nazir müavini İdris İsayev iclasda çıxış edənləri maraqlandıran məsələlərə aydınlıq gətirib.

Müzakirələrə İşçi Qrupun rəhbəri, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev yekun vurub. İşçi Qrupun yekdil qərarı ilə “Ali təhsil haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin Elm və təhsil komitəsinin müzakirəsinə tövsiyə edilib.

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31