“Məleykə Abbaszadəni başa düşə bilmirəm...” – DİM sədrinin açıqlaması etiraz doğurdu

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl kursları tənqid edib. DİM sədri özəl kursların abituriyentlər üçün təşkil etdiyi sınaq imtahnlarında toplanılan yüksək ballların qəbul nəticələrinə adekvat olmadığını qeyd edib.

Maraqlıdır, özəl kursların kurs və tədris metodu DİM-in standarlarına cavab verirmi? DİM sədrinin bu səpkidə açıqlaması özəl kurslara olan güvəni sarsıda bilər?

Mövzu ilə bağlı danışan təhsil eksperti Elvin Bədirov özəl kursların sınaq imtahanlarından əldə olunan nəticələrin yüksək olmasının səbəblərini açıqlayıb:

"Başa düşə bilmirəm ki, Dövlət İmtahan Mərkəzinin sədri bu məsləyə münasibət bildirməyə nədən ehtiyac duyur? Təbiidir ki, özəl kursların nəticələri ilə DİM-in keçirdiyi imtahan nəticələri üst-üstə düşməyə bilər. Bu da müəssisələrin keçirdiyi sınaq imtahanların mövzular üzrə olmasından qaynaqlanır. Yəni özəl kurslar son ayda tədris olunmuş dərslər üzrə test tapşırıqları təqdim edir. Bu imtahan nəticəsi də şagirdin tam göstəricisi demək deyil. Yəni abituriyent özəl kursların bu cür sınaqlarında 400 mümkün baldan 350 bal toplaya bilər. Lakin DİM sınaq imtahanında bu rəqəmin 280 bal olması kimi halları da müşahidə edə bilərik. Təcrübə göstərir ki, özəl kursların sınaq imtahanlarında yüksək nəticə göstərən abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanında da yüksək nəticə göstərirlər”.

Ekspert DİM-in təşkil etdiyi sınaq imtahnlarının nəticələrinin də qəbul imtahanı ilə uzlaşmadığına diqqət çəkib:

"DİM son iki il ərzində sınaq imtahanları keçirə bilməsə də, bundan əvvəlki illərdə bu cür sınaq imtahanları keçirirdi. Həmin imtahanların da nəticələri eynilə DİM-in qəbul imtahanı nəticələri ilə fərqlənirdi. Məsələn, elə hal da olub ki, may ayında 700 mümkün baldan 400-500 bal toplayan şagird qəbul imtahanında daha yüksək toplayıb. Ona görə bu məsələlər bir-birini tamamlamaya bilməz. Özəl kursların keçirdiyi sınaq imtahanları bu səpkidə olan boşluğu doldura bilir və abituriyentlər üçün faydalıdır.

Məlum olduğu kimi, iki il ərzində 10-11-ci sinif şagirdləri ənənəvi tədrisdən uzaq qaldılar. Lakin qəbul nəticələri demək olar ki, ötən illərlə müqayisədə eynilik təşkil edirdi. Bu da o deməkdir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri əsas etibarilə özəl kursların və repititorların zəhmətinin nəticəsidir. Bir qrupun əməyini yerə vurmaq olmaz”.

Son xəbərlər

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Bu gün Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Prezidentin Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyini deyib, dələduzluq edirmiş

610 bal topladı, universitetə qəbul olmadı

“Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” - Dambrauskas

"Sabah"a məğlub olan İsrail klubunun baş məşqçisindən AÇIQLAMA

Bakıya təcili eniş üçün icazə istədilər

İNSANIN YAXŞILIĞA ÇEVRİLƏN İZİ

XEYİRXAHLIĞIN İŞIĞI

“Gönül Dağı” serialında böyük dəyişiklik

Birinci vitse-prezidenti təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

Bütün paylaşımlarını silib 5 il öncəki bu fotosunu saxladı

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31