
Xəbərlər
24.10.2021, 20:09
Təzyiq ölçərkən bunu qətiyyən etməyin - XƏBƏRDARLIQ
"Tonometrlə təzyiqi ölçərkən kobud səhv manjetin sıx bərkidilməsidir".
Bunu teleaparıcı və həkim Aleksandr Myasnikov "Rossiya 1"in efirində deyib.
"Manjeti həddindən artıq sıxarsanız, təzyiqiniz real olandan daha çox olacaq", - deyə aparıcı vurğulayıb.
Myasnikov, təzyiqi ölçmək üçün ən doğru cihazın civəli tonometr olduğunu da qeyd edib:
"Saatlar, qolbaqlar və oxşar funksiyaya malik digər qurğular dəqiqliyi baxımından ondan xeyli aşağıdır. Avadanlıq nə qədər rahat olsa, bir o qədər etibarlı deyil".
Myasnikov bundan öncə kemoterapi dərmanlarının ürək üçün böyük təhlükə yaratdığını demişdi.(publika.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












