Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən "Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət oktyabrın 11-də sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 9, 11, 13, 17 ünvanında yerləşir və 2300 sakinin yaşadığı məhəlləni əhatə edir.

Turaztv.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. Leyla Əliyeva həyətdə aparılan abadlıq işləri ilə tanış olub, sakinlərlə söhbət edib, onlarla şəkillər çəkdirib.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları qurulub, futbol, basketbol, şahmat meydançaları və uşaq meydançaları salınıb, velosiped yolu çəkilib. Həyətin ərazisində 13 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, yeni su xətti çəkilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət edilməklə 600 ədəd ağac əkilib.

Məhəllə sakini Namiq Mirzəyev saxladığı göyərçinlər üçün geniş yuvanın tikilməsinə görə minnətdarlıq edərək deyib: "Göyərçinlər çoxdandır ki, bizim həyətdə məskən salıblar. Onların yeri dar idi və havalandırmaları yox idi. Minnətdarıq ki, onlar üçün gözəl şərait yaradıblar. Yerləri geniş, yuvaları rahatdır. Göyərçinlərin sayı 80-dir. Yerin genişliyindən istifadə edərək saylarını artırmağa çalışırıq. Balacalara onlar haqqında məlumat verir, sülh rəmzi olduğunu başa salırıq. Tədbirlərdə sülh rəmzi kimi onları göylərə buraxırıq”.

İyirmi ilə yaxındır həmin məhəllədə yaşayan müəllimə Naibə Cəfərova bildirib ki, çox bərbad vəziyyətdə olan həyətin belə abadlaşdırılması, idman meydançalarının, uşaqlar üçün əyləncə yerlərinin quraşdırılması böyüklərlə yanaşı, balacaları da sevindirir: "Aparılan abadlaşdırma işləri zamanı bütün yaş qrupları, hətta sağlamlıq imkanları məhdud olanlar da nəzərə alınıb. Axşamlar ürək rahatlığı ilə həyətə düşür, açıq havada gəzir, söhbətgahda oturub söhbət edə bilirik. Balacalar da onlar üçün quraşdırılan əyləncə yerlərində doyunca əylənirlər. Uşaqlar futbol, şahmat, basketbol oynayırlar. Həmçinin həyətdə ağaclar da əkilib. Bu da həm həyəti daha da gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Yaradılan şəraitə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edirəm”.

Təqaüdçü Xan Şəmsəddinovun sözlərinə görə, 20 ildir həmin məhəllədə yaşasa da, bu illər ərzində həyət heç vaxt belə abad olmayıb. O deyib: "Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət” layihəsi çərçivəsində xeyli sayda həyətin təmir olunduğunu və sakinlərin istifadəsinə verildiyini eşitmişdik. Çox sevinirik ki, layihə çərçivəsində abadlaşdırılan həyətlərdən biri də bizim həyət oldu. Ötən il dövlətimizin başçısı Qarabağımızı azad edərək bizə çox böyük bir sevinc bəxş etmişdi. Bu il də həyətimizin abadlaşdırılmasının sevinci bizə qismət oldu. Prezident İlham Əliyev və onun ailə üzvlərinə xalqın sevincinə səbəb olan xeyirxah işlərinə, əhaliyə göstərdikləri diqqət və qayğıya görə minnətdaram”.

Qeyd edək ki, "Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Həmin layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmağa ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələr IDEA İctimai Birliyinə təqdim edilə bilər.

Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)
Leyla Əliyevanın iştirakı ilə “Bizim həyət” layihəsində abadlaşdırılan növbəti həyətin açılışı olub (FOTO)

Son xəbərlər

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31