Bu gün Beynəlxalq Memarlar günüdürMemarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qədim mədəniyyətə və tarixə malik Azərbaycanda da bu əlamətdar gün hər il qeyd edilir.

Hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq abidələri yaradıblar. O dövrdə, həmçinin Azərbaycanın tanınmış memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda, Şamaxıda və respublikanın digər regionlarında xeyli sayda tarixi binalar inşa olunub.

Qeyd edək ki, sovet dövründə də Azərbaycan dünya şöhrətli memarları ilə tanınıb. Belə ki, Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.

Həmin dövrdə, yəni XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə daim böyük diqqət yetirib. Məhz o illərdə çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar inşa edilib. Nəinki paytaxtda, eləcə də Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb, böyük müəssisələr tikilib.

1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi müasir dünyada memarlıq xəzinəsində özünəməxsus yer tutur.

Ümumilikdə isə, bu günədək gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir memarlıq əsərləri Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Hətta gənc memarlarımız belə, nəinki respublikamızda, onun hüdudlarından uzaqlarda da öz dəst-xətləri ilə tanınırlar.

Müstəqillik illərində bir çox memarlarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər. Ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, nəhəng layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani təzahürüdür.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində son 30 il müddətində erməni vandallarının törətdiyi vəhşiliklərin nəticəsi olaraq 800-dən çox tarixi memarlıq abidələrimiz viran qoyulub, şəhər və kəndlərimiz tamamilə dağıdılıb. Tarixi və mədəni abidələrimizin bərpasına, ilk növbədə Azərbaycan mütəxəssisləri cəlb edilir. Artıq dövlətimiz tərəfindən bir müddətdir ki, belə abidələrin bərpasına start verilib. Həmçinin Prezident İlham Əliyev 2021-ci il 12 avqust tarixli “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərman imzalayıb. Fərmana əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb. Bu addım da Qarabağın bərpası üçün böyük əhəmiyyət kəsb edir və memarlarımızın üzərinə Qarabağın canlandırılmasında böyük öhdəliklər qoyur.

Memarlarımızın qarşısında duran əsas vəzifələrdən biri də XXI əsrdə yaradılan yeni yaşayış məskənlərinin milli ənənələri qorumaq şərtilə müasir memarlıq ənənələrinə və estetik tələblərə cavab verməsidir.
Bu gün Beynəlxalq Memarlar günüdür

Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31