İlkin Fərzəliyev: 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarda ilk bayraq asmaq insana böyük qürur verir3 oktyabr Uzun illərdən sonra Vətənin qəhrəman oğulları Suqovuşanı işğaldan azad edərək hər şeydən uca tutduğumuz müqəddəs bayrağımızı əzəli və tarixi torpağımızda yenidən ucaltdı. Bu unudulmaz anı bizə yaşadan igidlərdən biri Suqovuşana bayraq sancan xüsusi təyinatlı İlkin Fərzəliyevdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İlkin Fərzəliyev 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarda ilk bayraq asmağın insana böyük qürur verdiyini deyib: "Bu, həm məsuliyyətli, həm şərəfli, həm də təhlükəlidir. Çünki bayraq sancmağa gedirsənsə, sonunun necə olacağını bilirsən. Yəni, düşmən hər an səni vura və sən şəhid ola bilərsən. Bütün təhlükələri gözə ala bilirsənsə, deməli, Vətənini, millətini sevirsən”.

İlkin Fərzəliyev: 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarda ilk bayraq asmaq insana böyük qürur verir
İlkin Fərzəliyevin döyüş yolu sentyabrın 27-də başlayıb. Suqovuşana çatanadək ön cəbhədə kəşfiyyatçı kimi bir neçə kəndin, yüksəkliyin alınmasında iştirak edib, hətta sentyabrın 29-da yaralanıb. Yarası yüngül olduğu üçün döyüşlərə davam edib. Ən çətin döyüşlərdən biri Suqovuşanın azad edilməsi zamanı yaşanıb. İlkin çiyin-çiyinə addımladığı dostlarının itkisinə üzülsə də, onların qanını yerdə qoymadıqları ilə təsəlli tapıb. Oktyabrın 10-da isə növbəti dəfə yaralananda yarası ağır olduğu üçün məcburi Gəncəyə müalicəyə göndərilib. Dörd gün sonra yarası sağalmadan öz istəyi ilə yenidən döyüşə yollanıb. Bu döyüşlərdə dörd dəfə yaralanan İlkin Laçınadək şərəfli yol gedib.

Qəhrəman döyüşçü deyir ki, əsgərin ən böyük arzusu azad etdiyi torpağına bayraq sancmaqdır: "Mən də daxil olmaqla hamımız ən böyük arzumuza çatmışıq. Günlərlə ac-susuz yol gedirdik, yaralı yoldaşımıza kömək edirdik, eyni zamanda da döyüşürdük. Bizim üçün əsas bayrağımızı qaldırmaq, yüksəkdə dalğalandırmaqdır, şəhid olsaq da olar. Bir neçə gün əvvəl bayraq asdığım yerə yenidən getdim. Eyni hissləri, eyni duyğuları təkrar yaşadım, o anlar gözümdə canlandı".

İndi hamı İlkin Fərzəliyevi Suqovuşana bayraq sancan igid kimi tanıyır. Döyüşlərin getdiyi günlərdə isə onu qəhrəmanı seçən balacalar cəbhəyə çoxsaylı məktublar göndəriblər.

O deyib: “İbtidai sinif şagirdi Yusif Qasımov mənə bir hədiyyə göndərmişdi, durbin idi. Hədiyyənin içində ürək sözü olan məktub da var idi. Çox gözəl ürək sözü yazmışdı. Məktubda “Əsgər əmi, bunu mənə babam ad günümdə hədiyyə alıb. Mən bu hədiyyəni çox istəyirəm. Amma məndən çox orda sizə lazım ola bilər. Mən bunu göndərirəm ki, siz gündüz və ya qaranlıqda durbindən istifadə edəsiniz" yazılmışdı”.

İlkin Fərzəliyev 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31