Əliyulla Abbaszadə: Adımı Azərbaycan bodibildinq tarixinə yazdırdığım üçün çox xoşbəxtəm20 sentyabr Yarışa çox ciddi hazırlaşmışdım və özümə inamım böyük idi. Turnirə 8 həftəlik gərgin hazırlıq planım oldu. Rəqiblərim çox güclü və titullu idmançılar idi. Adımı Azərbaycan bodibildinq tarixinə yazdırdığım üçün çox xoşbəxtəm.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İspaniyanın Sevilya şəhərində təşkil olunan bodibildinq üzrə nüfuzlu "Arnold Klassik Avropa" yarışında ölkəmizin idman tarixində ilk dəfə qızıl medal qazanan Əliyulla Abbaszadə deyib.

Ə.Abbaszadə qeyd edib ki, əsas mərhələdə 3 ispaniyalı, meksikalı və çilili idmançılarla titul uğrunda mübarizə aparıb: “Əsas rəqibim İspaniya idmançısı idi. Hər ikimiz 14 xal toplamışdıq. Əlavə göstəricilərə görə, qələbə mənə verildi. İspaniyada yerli idmançılarla mübarizə aparıb və onlara qalib gəlməyin özü də bir uğurdur. Yarışa favorit olaraq qatılmışdım və öz gücümə inanırdım.

Hazırlıq prosesi çox çətin oldu. Bir az çəki problemim var idi. Gərgin hazırlıq prosesi nəticəsində 4-5 kiloqram çəkini atmağa nail oldum. Yarışa nümayəndə və məşqçi heyəti olmadan, həmkarım Rasim Həsənov ilə birgə qatıldıq. Düzdür, müəyyən çətinliklər olsa da, qalib gəlməyi bacardıq".

Ə.Abbaszadə deyib: "Qarşıdakı hədəfim dünya çempionatıdır. Dünya birinciliyi 5 həftə sonra İspaniyada keçiriləcək. Özümə və formama çox güvənirəm. Ümid edirəm ki, həmin yarışda da uğurlu çıxış edib xalqımızı sevindirəcəyəm".

Qeyd edək ki, Azərbaycan idmançıları İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər “Arnold Klassik Avropa” yarışında 2 medal qazanıblar. Turnirdə 95 kiloqram çəki dərəcəsində çıxış edən Ə.Abbaszadə bütün rəqiblərini qabaqlayaraq nüfuzlu yarışın qalibi adını qazanıb. Təmsilçimiz, həmçinin mütləq kateqoriyada üçüncü olub. Bu medal Azərbaycan bodibildinq idmanı tarixində "Arnold Klassik" yarışlarında qazanılan ilk mükafatdır. Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək qızıl medal qazanıb. R.Həsənov mayda İspaniyada təşkil olunan Avropa çempionatında da birinci olub.

"Arnold Klassik Avropa" yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının təşkilatçılığı ilə baş tutur.

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31