Ukraynalı deputat: Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanlar yaranıbUkrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədrinin müavini Lyudmila Marçenko Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Radanın deputatını salamlayan F.Muradov dünya ictimaiyyətinin məlumatlandırılmasında, erməni yalanlarının ifşa olunmasında dost Ukrayna xalqının Azərbaycana dəstəyini yüksək qiymətləndirdiyini və iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə komitə sədrinə təşəkkür edən Lyudmila Marçenko Azərbaycanın qazandığı böyük Zəfərin əhəmiyyətinə toxunub və bu Qələbədən sonra Azərbaycanla Ukrayna arasında əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib.

Deputat ölkələrimiz arasında informasiya mübadiləsinin gücləndirilməsinin aktual mövzu olduğunu xüsusi ilə vurğulayıb və “Azərbaycan-Ukrayna” Beynəlxalq Media Platformasının yaradılması üçün fəal əməkdaşlığa başlanıldığını əlavə edib.

Qeyd edək ki, Lyudmila Marçenkonu Azərbaycan səfərində “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatının sədri Hikmət Cavadov müşayiət edir.

Son xəbərlər

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır

Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31