15 min subbakalavr universitetlərə üz tutub
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müsabiqəsində iştirakı üçün elektron ərizələrinin təsdiqlənməsinin son günüdür. Ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Təhsil üzrə ekspert Kamran Əsədov bizimyol.info-ya bildirib ki, 2011-ci ildən etibarən orta ixtisas təhsili müəssisələrini bitirmiş və diplomunda subbakalavr sözü olan məzunlar müsabiqədən kənar ali məktəblərə qəbul olmaq hüququna malikdir.

“Bunun üçün subbakalavr DİM-in saytında şəxsi kabinet yaratmalı və “Subbakalavrın elektron ərizəsi” bölümündən şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək elektron ərizəsini təsdiq etməlidir. Ərizə açılarkən subbakalavr haqqında məlumat elektoron ərizədə yoxdur yazısı gəlirsə, o zaman kollecə müraciət etməli, kollecdən orta diplom balı və orta attestat balı haqqında arayış almalı və müvafiq balların tələbə-məzun sisteminə daxil edilməsini istəməlidir. Daha sonra subbakalavr yenidən DİM-in saytında elektoron ərizsini təsdiq etməlidir. İlkin mərhələdə bu addımları atmalıdır”,-deyə K.Əsədov bildirib.

Ekspert qeyd edib ki, bundan sonrakı mərhələ ixtisas uyğunluğudur: “Təhsil Nazirliyi və DİM birgə ixtisas uyğunluğunu əks etdirən cədvəli təqdim edib ki, subbakalavrlar yalnız bundan sonra öz ixtisasına uyğun ixtisasları görə abituriyent 4 jurnalından istifadə edərək ali məktəblərə ixtisas seçimi edəcəklər. İxtisas seçimi zamanı subbakalavrlara sistem tərəfindən ixtisaslara uyğun olaraq 150-200 və 250 bal veriləcək”.
K.Əsədov deyib ki, hazırda 15 minə yaxın subbakalavr elekton ərizəsini təsdiq edib: “Bu təhsilin əlçatımlılığı və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar olacaq. Eyni zamanda, ali təhsil müəssisələrində bütün plan yerlərinin dolmasına imkan verəcəkdir”.

Son xəbərlər

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930