Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidirİyul ayının 28-dən başlayaraq qardaş ölkənin 21 vilayətində 63 meşə yanğını hadisəsi qeydə alınıb. Yanğınlar nəticəsində azı 4 nəfər həlak olub, onlarla şəxs xəstəxanalara yerləşdirilib. İlk növbədə, Ulu Tanrıdan həlak olanlara rəhmət, yaxınlarına səbir diləyirik.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, qardaş ölkədə baş verən yanğınların səbəbi barədə səsləndirilən fərqli versiyaları təsdiq, yaxud təkzib etməzdən əvvəl, əsas diqqəti yanğın ocaqlarının tamamilə nəzarət altına alınmasına və itkilərin mümkün qədər az olmasına yönəltməliyik. Başvermə səbəbindən asılı olmayaraq, hazırda əsas vəzifə yanğının söndürülməsi, dəymiş ziyanın aradan qaldırılması üçün addımlar atılmasıdır. Qardaş ölkə xalqının həmrəyliyi, Türkiyə dövlətinin qətiyyətli addımları bu mərhələdə böyük önəmə malikdir. Türkiyədəki həmrəylik qürurvericidir. Eləcə də Azərbaycan Prezidenti başda olmaqla, dövlətimizin, xalqımızın hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə ilə həmrəyliyi və onun yanında olması xüsusilə dəyərlidir. Biz bir millətin iki dövləti olduğumuzu, sevincimizin də, kədərimizin də eyni olduğunu bir daha göstəririk.

Deputat qeyd edib ki, qardaş ölkədə baş vermiş və fəsadlar törətmiş güclü meşə yanğınları bizi də dərindən kədərləndirir. Əlbəttə, qardaş dövlətin qətiyyətli qərarları, xalqın həmrəyliyi, qardaş və əsl dost ölkələrin dəstəyi ilə yanğınlar söndürüləcək. Əziz Türkiyə bu fəlakətin də öhdəsindən gələcək, yeni bir uğur örnəyi yaradacaq.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkədəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması üçün qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərir.

Bir daha, qardaş ölkənin yanında olduğumuzu bildirərək deyirik: “Sənin meşələrinlə yanaşı, bizim ürəyimiz də yanır!”.

Son xəbərlər

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31