
Xəbərlər
9.07.2021, 22:51
Lerikdə istirahət mərkəzində işçinin meyiti tapılıb
İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində “Relax” istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.
Lerik rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.
Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













