
Xəbərlər
10.07.2019, 22:47
Akademiyada “Məzun Günü” keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019- cu tədris ilində bitirən tələbələr üçün "Məzun Günü” keçirilib.
APA-nın xəbərinə görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiya rəhbərliyi, dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və valideynlər iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov bildirib ki, Akademiyanı 45 məzun bitirir və əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb.
Daha sonra məzunlara diplomlar təqdim olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









