Azərbaycanda bu avtomobillər BAHALAŞDIAvtomobil bazarında bahalaşma müşahidə olunur. Mütəxəssislərin bildirdiyinə görə avtomobillərin qiymətində 5-10 faizədək bahalaşma var. Mart və aprel aylarından başlayan qiymət artımına səbəb kimi idxalın məhdudlaşdırılması və ya ölkəyə gətirilən nəqliyyat vasitələrinə şamil olunan gömrük ödənişlərinin hesablanması qaydalarının düzgün aparılmaması göstərilir.

Turaztv.az Azadinfo.az-a istinadən xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Bizim.Media-ya açıqlamasında qiymət dəyişimlərini idxalın azalması ilə əlaqələndirib. O, qeyd edib ki, idxalın azalmasının da müxtəlif səbəbləri var:

"Bütövlükdə dövriyyədə olan nəqliyyat vasitələrinin bazara daxil olmasında qiymət artımı müşahidə olunur. Bu da təbii ki, tələblə bağlı olan məsələdir. Əslində Gömrük Komitəsinin ölkəyə idxal edilən avtomobillərə tətbiq etdiyi rüsumlarla bağlı da neqativ fikirlər var. Müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, gömrük rüsumlarında süni və subyektiv artımlar olur”.

Ekspertin fikrincə, Azərbaycanda avtomobil idxalını stimullaşdırmaq, xüsusilə avtomobil parkının yenilənməsini təmin etmək üçün gömrük siyasətinə, eləcə də idxal qərarlarına yenidən baxılmalıdır:

"Elektromobillərin, xüsusilə hibrit avtomobillərin ölkəyə idxalının stimullaşdırılması ilə bağlı ciddi addımlar atılmalıdır. Azərbaycan bu prosesdən kənarda qalmamalıdır. Avtomobil istehsalı bazar tələbin çox nisbi, heç bir faizini ödəyə bilmir. Belə olan halda Gömrük Komitəsinin idxalla bağlı rüsumlarının bu dərəcədə qaldırılmasına ehtiyac görmürəm”.

Məlumat üçün bildirək ki, uzun illərdir ki, təkrar bazarda "Mercedes", "Mercedes-Benz" avtomobilləri liderlik edir. Tədricən ilkin bazarda digər marka nəqliyyat vasitələri üstünlük təşkil etməyə başlayıb.

Müştərilər ən çox qiyməti 10-18 min manat arası olan ekonom avtomobillərə üstünlük verirlər.

Son xəbərlər

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31