Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətin şərtləri AÇIQLANDIAprelin 1-dən etibarən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı məqamlar açıqlanıb.

Turaztv.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Bu protokolun qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müdətlik vizasız turistik səyahət edə biləcək.

"Şəxsiyyət vəsiqəsi ilə səyahət zamanı Azərbaycan vətəndaşlarının Türkiyəyə girişində, Türkiyə vətəndaşları isə Türkiyəni tərk edərkən onlara iki dildə "Giriş-Çıxış Forması" veriləcək ki, bu Fomada giriş-çıxış ştampları qeyd olunacaq.

Hər iki ölkə vətəndaşları həmin "Giriş -Çıxış Forması"nı Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə gəzdirməli və giriş-çıxış zamanı sərhəddə müvafiq səlahiyyətlilərə şəxsiyyət vəsiqəsi ilə birgə təqdim etməlidir", səfirlik qeyd edib.

Səfirlik bildirib ki, Azərbaycana yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə vətəndaşları şəxsiyyət vəsiqələrini itirdiyi təqdirdə geri qayıtmaq üçün lazım olan müvəqqəti pasporta müraciət edərkən fotoşəkil və şəxsiyyət vəsiqəsinin nömrəsi olan başqa bir sənəd təqdim etməlidir.

"Yeni nəsil şəxsiyyət vəsiqəsindən səyahət sənədi olaraq yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahətlərdə istifadə etmək mümkündür. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana gələrkən pasport istifadəsi məcburidir.

Yaşayış icazəsi müraciəti zamanı yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edilə bilməz. Türkiyədə və ya Azərbaycanda 90 gündən çox qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox etibarlılıq müddəti olan pasportlarla qalmaq icazəsi üçün müraciət edə bilərlər.

Azərbaycana daxil olan bütün xarici vətəndaşlar bu ölkədə on beş gündən çox qalmaq niyyətində olduqları təqdirdə, Dövlət Miqrasiya Xidmətinə (https://eservice.migration.gov.az/) ünvan barədə məlumat verməlidir. Azərbaycanda 15 gündən çox qalacaq Türkiyə vətəndaşları da bu tələbi vaxtında yerinə yetirməlidir.

Səfirlik açıqlamasında vurğulayıb ki, COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun 2021-ci ilə qədər uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə yalnız Azərbaycanda yaşamaq üçün icazəsi olan və ya yaxın qohumu (valideyn, arvad, övladı) Azərbaycan vətəndaşı olan xarici vətəndaşların Azərbaycana girişinə icazə verilir. Bu sahəyə daxil olmayan xarici vətəndaşlar Azərbaycana gəlməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən ölkəyə giriş icazəsi almalıdır.

Son xəbərlər

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31