Xəbərlər
19.03.2021, 09:08
Həbib karyerasını rəsmən başa vurdu
Mütləq güləş çempionatının (UFC) çempionu, rusiyalı idmançı Həbib Nurməhəmmədov karyerasını rəsmən başa vurub.
Bu barədə UFC prezidenti Deyna Uayt tvitterdə bildirib.
“O, 100% rəsmən təqaüddədir. Sənin necə işlədiyini izləmək inanılmaz idi, hər şey üçün təşəkkür edirəm, gələcəkdə olacaqlardan zövq al, dostum”, - Uayt yazıb.
Qeyd edək ki, 32 yaşlı Nurməhəmmədov qarışıq təkbətək döyüşlərdə 29 görüş keçirib, bir dəfə də olsun məğlub olmayıb, UFC-də o, 2012-ci ildən çıxış edib, 13 dəfə qələbə qazanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay