
Xəbərlər
24.01.2021, 00:37
Dəniz quldurları Türkiyə gəmisini ələ keçirdi - Azərbaycanlı öldürüldü
Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.
"Turaztv.az" Sfera.az-a istinadən xəbər verir ki, gəmiyə daxil olan quldurlar 2-ci mühəndis Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. 4-cü mühəndis Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və 1 nəfər neftçi isə "Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.
Gəmiyə basqınla əlaqədar lazımi qurumlara məlumat verilib. Dəniz quldurlarının sövdələşmə üçün gözlədikləri deyilir.
Qeyd edək ki, konteyner gəmisi Cənubi Afrika Respublikasına doğru üzüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










