
Xəbərlər
31.05.2019, 10:00
“28 May”da qadın qatarın altına düşdü
Bakı metrosunda relsin üzərinə düşən qadının kimliyi məlum olub.
Turaztv.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə məlumat verib.
Onun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır.
Bəxtiyar Məmmədov bildirib ki, bu gün səhər saat 09:35-də metronun "28 May" stansiyasında qadın relslərin üzərinə düşüb.
O qeyd edib ki, hadisə "Həzi Aslanov"dan "28 May" istiqamətinə gələn qatarın hərəkəti zamanı baş verib.
B.Məmmədov hadisə baş verəndən sonra qatarların hərəkətinin 10 dəqiqə ərzində dayandığını qeyd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












