
Xəbərlər
30.05.2019, 11:45
Qəbələdə ayı çobanlara hücum edib
Qəbələdə köç edən çobanlara ayı hücum edib.
Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Qəbələnin Laza kəndində Qoruq adlanan ərazidə baş verib. Yaxınlıqda bir neçə istirahət mərkəzi olduğu üçün çobanlar ayı hücumu ola biləcəyini gözləməyiblər.
Qəfil hücum edən ayı təxminən bir neçə dəqiqə çobanları qorxudub. Ayı bala olduğu üçün çoban və çoban itləri onu qova biliblər.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










