Məktəblərdə təhlükəsizliyin təminatı qənaətbəxşdirmi? - Təhsil nazirliyi SUSUR

Son zamanlar təhsil ocaqlarında intihar və ya intihara cəhd hadisələri ilə bağlı məlumatlar geniş yayılır.

Bu tendensiya məktəblərdə təhlükəsizlik məsələsini bir daha gündəmə gətirir. Təhsil müəssisələrində təhlükəsizliyin təminatını sual altına alan bəzi hadisələr yaşanır. Məsələn, şagird dərsdən qaçmaq üçün pəncərədən atılır, fiziki və ya psixoloji təzyiqə məruz qaldığı iddia olunan şagird məktəbin yuxarı mərtəbəsindən özünü atır və s.

Bəs görəsən, təhsil ocaqlarında təhlükəsizlik necə təmin olunmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Redaktor.az-a açıqlamasında bütün təhsil müəssisələrinin təhlükəsizliyinin qorunmadığını bildirib:

“Təhsil ocaqlarında təhlükəsizliyin təmin edilməsi daha çox məktəb rəhbərliyinin marağında olmalıdır. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrində baş verən neqativ hadisələr şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.



Təhlükəsizliyin təmin edilməsi üçün qapıya nəzarətçinin qoyulması həll yolu deyil

Bu gün ölkəmizdə 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi var. Bəzi məktəblər DİN-in mühafizə polisi tərəfindən qorunur. Bəziləri isə özəl mühafizə xidməti göstərən şirkətlərlə müqavilə əsasında mühafizəni təmin edir. Elələri də var ki, növbətçi qaydada qapıya öz əməkdaşlarını qoymaqla məktəbin mühafizəsini təşkil edirlər. Bütün məktəblərin birmənalı şəkildə mühafizə polisi tərəfindən qorunması mümkün deyil. Məktəblərdə təhlükəsizliyin təmini ilə bağlı Tədbirlər planı olmalıdır. Təhsil müəssisələrinin qorunması texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyenik təhlükəsizlik, qida təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyinin tətbiqi yolu ilə həyata keçirilməlidir. Eyni zamanda təhlükəsizliyin təmini üçün məkətblərdə nəzarət kameraları quraşdırılmalıdır.

Məktəblərin yuxarı mərtəbələrində pəncərələrin ləğvi çıxış yolu olmaz.

Məktəb pəncərələrinin bağlanması qanunauyğun deyil. Çünki məktəbdə hər hansı fövqaladə hadisə baş verərsə, şagirdlərin təhlükəsizliyi üçün ciddi problem yarana bilər. Yeni tikilən məktəblərdə fövqaladə hadisələrlə bağlı vəziyyətlər nəzərə alınır. Köhnə məktəblərdə cəmi bir giriş-çıxış qapısı var. Bu məktəblərdə ehtiyat çıxış kimi, dəmir konstruksiyalar quraşdırılmalıdır. Təxliyyə qapısı məktəbin hər mərtəbəsi üçün nəzərdə tutulmalıdır.

Şagirdlərin və müəllimlərin təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var.

İdman dəsrlərində, informatika, fizika-kimya laboratoriyalarında, əmək dərsi otağında və hərbi dərslərin tədris olunduğu siniflərdə texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Bununla bağlı maarifləndirmə işlərinin aparılması vacibdir və ən azı ayda bir dəfə həyata keçirilməlidir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənmək istəsək də, buna nail ola bilmədik.

Nazirlikdən bildirildi ki, bu mövzu ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin açıqlama verməsi daha doğru olardı. Səbəb kimi məktəblərdə təhlükəsizliyin təmini ilə bağlı Təhsil idarəsinin bir sıra layihələr həyata keçirməsi göstərildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə saytımıza açıqlamasında bildirib ki, məktəblərdə təhlükəsizliyin təminatı Təhsil Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələdir:

“Görünür, Təhsil Nazirliyinin əməkdaşı doğru istiqamət verməyib. Çünki məktəblərdə təhlükəsizliyin təmini ilə bağlı məsələ birbaşa Təhsil Nazirliyinin nəzarətində olan məsələdir. Bu baxımdan bizim idarənin rəsmi açıqlama verməsi düzgün olmaz”.

Qeyd edək ki, bu, Təhsil nazirliyinin sorğularımıza bu cür sayğısız yanaşmasının ilk nümunəsi deyil. Yazılı müraciət tələbi, bu müraciətlərə cavabların uzadılması, sonda nəticəsizlik bu qurumla bağlı adət etdiyimiz xüsusiyyətlərdəndir. Amma heç kim, təhsil ocaqlarında növbəti xoşagəlməz hadisənin olacağını istisna edə bilməz. Baş verməməsi üçün, sadəcə işləmək lazımdır, başda nazirlik olmaq şərti ilə.

Son xəbərlər

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930