MİDA regionlarda güzəştli mənzillərin inşasını uğurla davam etdirir



Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsaslanaraq ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli mənzillərlə təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir. Agentlik paytaxt Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərində də güzəştli mənzillərin tikintisini həyata keçirir.

MİDA-dan bildirilib ki, Agentliyin Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində inşa edilən növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksinin ümumi sahəsi 6.23 hektar təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci ilin iyun ayının 24-də Gəncə şəhərində inşa olunan yaşayış kompleksinin tikintisi ilə tanış olmuş, ölkə başçısı Agentliyin fəaliyyətinə dair öz tövsiyə və tapşırıqlarını verib.

Gəncə Yaşayış Kompleksi 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 986 mənzil olacaq ki, onlardan 48-nin birotaqlı, 68-nin studio tipli, 318-nin ikiotaqlı, 466-nın üçotaqlı, 86-nın isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 57, üçotaqlı mənzillərin sahəsi təqribən 75, dördotaqlı mənzillərin sahəsi təqribən 97 kvadrat metr təşkil edəcək. Yaşayış binaları ilə yanaşı 125 yerlik uşaq bağçasının, 1176 yerlik orta təhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub.

Sumqayıt şəhərində reallaşdırılan layihə iki ədəd doqquzmərtəbəli iki bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq ki, onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Birotaqlı və studio tipli mənzillərin sahəsi hər biri təqribən 35, ikiotaqlı mənzillərin sahəsi təqribən 56, üçotaqlı mənzillərin sahəsi təqribən 74 kvadrat metr təşkil edəcək.

MİDA-nın digər yaşayış komplekslərində olduğu kimi Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan güzəştli mənzil layihələrində də yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları istifadəyə veriləcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.

Sumqayıt şəhərində reallaşdırılan layihə üzrə bütün işlərin yaxın zamanlarda yekunlaşdırılması və binaların istismara verilməsi nəzərdə tutulur. Gəncə Yaşayış Kompleksində işlərin birinci mərhələsinin cari ildə, ikinci mərhələsinin isə 2021-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31