Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) inzibati binasında peşəkar qiymətləndiricilər üçün məhkəmə ekspertizası üzrə növbəti ixtisaslaşdırılmış təlim keçirilib.

Bu barədə Palatadan məlumat verilib.

Bildirilib ki, təlim qərardadın alınması mərhələsindən başlayaraq məhkəmə prosesində rəyin müdafiəsinədək olan bütün praktiki sahələri əhatə edib.

Tədbiri giriş sözü ilə açan AQP sədri Nüsrət İbrahimov bildirib ki, məhkəmə ekspertizası qiymətləndiricinin fəaliyyətində ən yüksək hüquqi məsuliyyət və risk daşıyan istiqamətlərdən biridir. Adi qiymətləndirmə hesabatı bank və ya auditor tərəfindən yoxlanıldığı halda, məhkəmə rəyi qarşı tərəfin peşəkar mütəxəssisi tərəfindən detalına qədər araşdırılır, çarpaz sorğuya, etiraza və təkrar ekspertizaya məruz qalır. AQP sədri vurğulayıb ki, məhkəmə eksperti Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən qəsdən yalan rəy verməyə görə birbaşa cinayət məsuliyyəti daşıyır və bu barədə rəsmi xəbərdarlıq rəydə öz əksini taparaq ekspert tərəfindən şəxsən imzalanmalıdır. Palata rəhbərinin sözlərinə görə, qurumun uzunmüddətli yoxlama praktikası göstərir ki, təkrar ekspertizanın təyin edilməsinin beş əsas səbəbindən dördü hesablama metodu ilə deyil, məhz prosedur və sənədləşdirmə xətaları ilə bağlıdır.

Ekspertiza zamanı ən çox mübahisələndirilən sənədlər baxış aktı və hesablanmış dəyər göstəricisidir. Tərəflər baxışa dəvət edilmədikdə, akt hadisə yerində deyil, sonradan ofis şəraitində tərtib olunduqda və ya tərəfin bildirdiyi etiraz akta qeyd olunmadıqda, rəy hesablamaların dəqiqliyindən asılı olmayaraq hüquqi qüvvəsini itirir. Tərəfin aktı imzalamaqdan imtina etməsi sənədi etibarsız etmir, əsas xəta bu imtina faktının sənəddə müvafiq qaydada rəsmiləşdirilməməsidir.

Təlimdə qiymətləndirici, məhkəmə eksperti və mütəxəssis statuslarının hüquqi fərqləri geniş izah olunub. Məhkəmə tərəfindən təyin edilmiş ekspertin adi hesabat formasında sənəd hazırlaması və mətndə "sifarişçinin razılığı olmadan açıqlanmır" kimi bəndlər saxlaması ciddi xətadır. Məhkəmə rəyi iş materiallarının tərkib hissəsidir və tərəflər onunla tanış olmaq hüququna malikdirlər.

Məlumat və sənəd çatışmazlığı yarandıqda ekspert yalnız məhkəməyə rəsmi sorğu göndərməli və ya xüsusi ehtimal müəyyən etməlidir. Sorğunun göndərilməməsi sonradan rəyin əsassızlığı arqumentinə çevrilir. Eyni zamanda, səlahiyyətdən kənar suala rəy verməkdən yazılı və əsaslandırılmış şəkildə imtina etmək ekspertin hüququdur.

Təlim materialı hüquqi çərçivə, qərardadın təhlili, maraqlar münaqişəsinin yoxlanması, obyektə baxışın təşkili, baxış aktının tərtibi, metodologiya seçimi, rəyin strukturu və məhkəməyə təqdimat daxil olmaqla on iki bölməni əhatə edib. İştirakçılara rəy təqdim edilməzdən əvvəl yoxlanılmalı otuz bəndlik siyahı, məhkəməyə vəsatətin nümunəvi mətni və baxış aktının məcburi rekvizitləri təqdim olunub.

Sonda iştirakçıların praktiki sualları cavablandırılıb, məhkəmə ekspertizası zamanı qarşılaşan real keyslər üzərində faydalı müzakirələr aparılıb.

Son xəbərlər

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib

Tehran Məmmədov tələbələr arasında ilk dünya çempionu oldu - Fotolar

İran xəbərdarlıq etdi - Tankerlər vurulacaq

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşdü - FOTOLAR

Jalə Ələkbərzadə: Dayanıqlı moda ətraf mühitə və təbiətə yeni baxışımızdır

ABŞ İranın neft tankerini vurdu

MÜƏLLİFİ MƏN SEÇMİRƏM, ŞEİR SEÇİR

Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq

“Ay bizimdir” şərhinə BMT-dən cavab

Rusiya dollardan üz döndərir? - Kreml yeni ödəniş qaydasını açıqladı

Gəlinə tacından ayaqqabısına qədər qızıl taxmışdı - Saxlanıldı-Fotolar

Ərdoğan “Filenin sultanları” ilə görüşdü - Fotolar

Əziz Sənubər xanım!

Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Qəzənfər Məsimoğlu : Gəl öz adamına yiyə dur, Adam - FOTO

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

VƏTƏN ŞƏHİDİ İLƏ FƏXR EDİR BU GÜN - FOTOLAR

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu

Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNİN İLK TƏQDİMATI KEÇİRİLDİ - FOTOLAR

Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930