Xatirə İsmayılova,
Şəhid anası

Ötən gün dəyərli ilahiyyatçımız,din xadimi,ictimai xadim ,xeyriyyəçi , şəhidlərin əziz dostu Hacı Şahinin doğum günü idi.


Dünyasını dəyişsə də fikirləri , sevgisi , dəyəri hələ də yaşamağa davam edir. Hacı Şahinin çıxışlarını dinlədikcə anlayırsan ki , onun məqsədi insanları bir -birinə qarşı deyil , bir - birinə doğru yönəltməkdir.Dəfələrlə şahidi olmuşam ki,ümidsizliyə qapılmış , taleyin ağırlığı altında əzilən neçə- neçə insan onun sözlərindən təsəlli tapıb həyata yenidən sarılıblar.O sevgini ,mərhəməti , haqqı ,ədaləti , ailə dəyərlərini , Vətən sevgisini və insan olmağın məsuliyyətini təbliğ edirdi.
Hacı Şahin ilk növbədə dinə insanın mənəvi kamilləşməsi yolu kimi baxırdı.Onun çıxışlarında din xof yaratmaq üçün deyil , insanı yaxşılığa , mərhəmətə və Allaha sevgiyə çağıran bir vasitə kimi təqdim olunurdu.
Onun vurğuladığı əsas fikirlər bunlar idi:
“ İman yalnız ibadətlə deyil, gözəl əxlaqla tamamlanır”
“ Allahın rəhməti sonsuzdur və heç bir insan ümidsizliyə qapılmamalıdır”
“Ailə dəyərləri ,valideynə hörmət , dürüstlük və vicdan dinin əsas sütunlarıdır.”
Ümumilikdə o , fanatizmə qarşı çıxır , dini hikmət , təmkin və elm yolu ilə anlatmağa çalışırdı.
Gənclərin dini savadı olmaqla yanaşı,müasir dünya və elmi də öyrənməsini vacib sayırdı.Hacı Şahin şəhidlərimizin dəfnində və məclislərində iştirak edir , xütbələri ilə şəhid ailələrinə mənəvi dəstək olurdu. O dini ağır hökmlər toplusu kimi deyil ,insan qəlbini saflaşdıran , ümid verən və həyatı mənalandıran bir yol kimi izah etməyə çalışırdı. Elə buna görə də onun çıxışları müxtəlif düşüncəli insanlar arasında rəğbətlə qarşılanırdı.
Mənə elə gəlir ki , Hacı Şahinin sevilməsinin ən vacib şərtlərindən biri isə onun sözünün əməli ilə təsdiqlənməsi idi. O yalnız gözəl danışmırdı , danışdıqlarını öz həyatında da yaşayırdı.
Elə buna görə də dedikləri qəlblərə yol tapır ,özü isə insanların sevgisini qazanırdı.
Allah yerini behişt , ruhunu şad eləsin gözəl insan!

Son xəbərlər

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31