Turaztv.az » Xəbərlər » BU GÜN KİFAYƏTİN ÖLƏN GÜNÜDÜ - FOTO
Xəbərlər

BU GÜN KİFAYƏTİN ÖLƏN GÜNÜDÜ - FOTO

07.07.2026, 10:21 115
QƏZƏNFƏR MƏSİMOĞLU
Bu gün dağ çəkilib sinəmin üstə,
Bu gün sevincimin talan günüdü.
Şimşək qılınc çalıb binəmin üstə
Bu gün Kifayətin ölən günüdü.

Yayın bürküsündə buza dönmüşəm,
Silinib yox olan izə dönmüşəm,
Bir cüt qan ağlayan gözə dönmüşəm,
Bu gün Kifayətin ölən günüdü.

Əzrayıl qol çəkib bacı dərdimə,
Ən böyük dərdlərin tacı dərdimə.
Yoxdu şirin qatan acı dərdimə,
Bu gün Kifayətin ölən günüdü.


Oxşar xəbərlər