Turaztv.az » Xəbərlər » 64 yaşlı kişi Həkəridə batdı - Hələ də axtarılır
Xəbərlər

64 yaşlı kişi Həkəridə batdı - Hələ də axtarılır

06.07.2026, 00:33 100
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Həkəri çayının rayonun Ağalı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu çayda çimərkən boğularaq ölüb.

Onun meytinin tapılması üzrə axtarış işləri davam edir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər