Alimlər itirilmiş dişlərin yenidən çıxmasını təmin edə biləcək preparat üzərində çalışırlar

İnsanlarda ömür boyu cəmi iki dəfə diş çıxır - əvvəl süd dişləri, sonra isə daimi dişlər. Lakin Yaponiyanın "Toregem Biopharma" şirkəti orqanizmdə yeni dişlərin formalaşmasını təmin edə biləcək preparatın hazırlanması istiqamətində mühüm addım atdığını açıqlayıb.

Bu barədə "snob.ru" nəşri yazıb.

İnsanlar üzərində sınaqlar davam edir

Kyoto Universitetinin dəstəyi ilə çalışan yapon alimləri müəyyən ediblər ki, diş itirildikdən sonra çənədə "yatmış" vəziyyətdə qalan diş rüşeymləri mövcuddur. Lakin xüsusi bir zülal onların inkişafını dayandırır. Bunun əsasında hazırlanan TRG-035 preparatı həmin zülalın təsirini neytrallaşdıran anticisimdir. İlk mərhələdə preparat siçanlar və yırtıcı məməlilər üzərində sınaqdan keçirilib və itirilmiş dişlərin yerində yeni dişlərin çıxmağa başladığı müşahidə olunub.

İlk nəticələr hələ açıqlanmayıb

2024-cü ilin sentyabrında preparat ilk dəfə insanlar üzərində sınaqdan keçirilməyə başlanıb. Tədqiqatda ən azı bir azı dişi çatışmayan müxtəlif yaşlarda 30 kişi iştirak edib. Sınaqların ilk mərhələsi 2026-cı ilin əvvəlində başa çatsa da, nəticələr hələ ictimaiyyətə açıqlanmayıb. Məlumata görə, bu mərhələdə preparat aşağı dozada tətbiq olunub, əsas məqsəd isə mümkün yan təsirləri və zülalın nə dərəcədə bloklandığını qiymətləndirmək olub.

Ümidverici nəticələr gözlənilir

Şirkət ilk mərhələnin yekunlarını açıqlamasa da, artıq ikinci mərhələyə keçəcəyini bildirib. Növbəti sınaqlarda preparat anodontiyadan - yəni süd və ya daimi diş rüşeymlərinin anadangəlmə olmaması ilə xarakterizə olunan nadir xəstəlikdən əziyyət çəkən 2-7 yaşlı uşaqlarda yoxlanılacaq.

Mütəxəssislər hesab edir ki, ikinci mərhələyə keçid preparatın ən azı təhlükəsiz olduğunu göstərir. Şirkət preparatın 2030-cu ildən etibarən tibbi istifadəyə verilməsini planlaşdırır. Bununla belə, alimlər hələ də bir sıra sualların cavabsız qaldığını vurğulayırlar.

Yeni dişlərin tam funksional olub-olmayacağı, sinir ucları və qan damarları ilə normal əlaqə yaradacağı, eləcə də düzgün diş düzümü formalaşdıracağı hələ məlum deyil. Bununla belə, preparat gözlənilən nəticəni versə, bu, stomatologiyada əsl inqilab hesab oluna bilər.

Son xəbərlər

"Üçüncü nəsil dişlər: Yaponiya 2030-cu ilə qədər stomatologiyada inqilab vəd edir" - Yeni tədqiqat

İspaniyalı qapıçı dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib

“Maşa və Ayı”nın qadağan olunmasını istəyirlər

Maşın idarəetmədən çıxıb hasara dəydi - Xəsarət alan var

Ürəyin ən böyük düşməni - Yalnız bu amil ölüm riskini kəskin artırır

Bu qidalar qocalmanı sürətləndirir

Münhendə istiyə görə fövqəladə vəziyyət - Fəvvarələr belə söndürülür

İspaniya millisi 1/8 final mərhələsinə yüksəldi

Daha iki ay həbsdə qalacaq

ABŞ onların öldürülməsindən qorxurmuş

Yaşar İbadov Azərbaycan elmini beynəlxalq müstəvidə layiqincə təmsil edir

Leyla Əliyevanın doğum günüdür

2 İYUL AZƏRBAYCAN POLİSİ GÜNÜ

Basketbol millimiz səfərdə Lüksemburqu məğlub etdi

Türkiyə avro ödəniş sisteminə keçməyi planlaşdırır

Hikmət Məlikzadə : Tütyə kişinin oğlu, tütyə insan - FOTO

İkardi ilə nişanlısı ayrılıb?

Toya onları dəvət ediblər

“Əsa” şeiri - ekoloji qəsd kimi - FOTO

Kişilər var idi, yaxşı kişilər - FOTO

Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib

"Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb

Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH

"Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq

TORPAĞA SƏCDƏ BÖYÜKLÜKDÜR - FOTOLAR

Növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031