Turaztv.az » Xəbərlər » İspaniyalı qapıçı dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib
Xəbərlər

İspaniyalı qapıçı dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib

03.07.2026, 02:12 103
İspaniya millisinin qapıçısı Unay Simon dünya çempionatlarının tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, “Atletik”in oyunçusu mundiallarda ən uzun müddət qol buraxmayan qolkiper olub.

DÇ-2026-nın 1/16 final mərhələsinin Avstriya ilə matçında (3:0) qapısını toxunulmaz saxlayan Simon “quru dəqiqə”lərin sayını 519-a çatdırıb. O, bu göstərici ilə İtaliya millisinin sabiq üzvü Valter Zenqanı (517 dəqiqə) geridə qoyaraq yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə ilə 1/8 finala yüksələn İspaniya millisinin növbəti rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq.

Oxşar xəbərlər