Turaztv.az » Xəbərlər » Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb
Xəbərlər

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb

27.05.2026, 12:01 116
Qazaxıstanda təyyarə qəzaya uğrayıb, pilot ölüb

Qazaxıstanın Pavlodar vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.

“Tengrinews” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.

Kimyəvi işlər aparan təyyarənin elektrik xətlərinə toxunduğu bildirilir.

Təyyarədə iki ekipaj üzvü olub.

Hadisə nəticəsində bir pilot ölüb. İkinci pilot Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təyyarədən çıxarılıb.

Oxşar xəbərlər