Xəbərlər
22.05.2026, 01:28
Tevanyana qarşı cinayət işi açıldı
Ermənistanın İstintaq Komitəsi müxalif “Çiçəklənən Ermənistan” Partiyasından parlament deputatlığına namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başladılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi “Facebook” səhifəsində yaydığı bəyanatda bildirilir.
İstintaq orqanının iddiasına görə, “Ermənistan” blokunun seçki siyahısında yer alan və hazırda müxalifətin əsas simalarından biri olan A. Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib. O, casusluq fəaliyyəti göstərməkdə və dövlət sirri daşıyan məlumatları ötürməkdə ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, Tevanyan bu məxfi məlumatları “xüsusilə külli miqdarda - 622 min ABŞ dolları məbləğində mükafat müqabilində” xarici kəşfiyyata ötürüb.
Rəsmi məlumatda qeyd olunur ki, xarici kəşfiyyata sızdırılan məlumatlar əsasən 2024-cü ilin aprelində Ermənistan parlamentinin qapalı və məxfi iclasında keçirilmiş dinləmələrin gedişatı və nəticələrinə aid olub. Toplanmış materiallar əsasında qurumda dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi açılıb.
Xatırladaq ki, cinayət işinin açılmasından cəmi bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiöncəsi təşviqat kampaniyası zamanı çıxış edərək Tevanyanı dövlətə xəyanətdə və ölkədə fəaliyyət göstərən casus şəbəkəsinin üzvü olmaqda birbaşa ittiham etmişdi.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay