Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

(Monoloq)

Ah, keçən günlər, keçən dövrlər. Kimləri görmədik, nələri eşitmədik? Kimlərə rast gəlmədim? Hər cür insanla rastlaşdım. Yalançı, acgöz, şorgöz, tamahkar, minsifətli cahil adamlarla yoldaşlıq etdim. Öz gözlərimlə çox şeylər gördüm, qulaqlarımla çox şeylər eşitdim. Düzgün düşünən, işinə məsuliyyətlə yanaşan, hadisələrə obyektiv qiymət verən insanlara da rast gəldim, amma çox az. Söylədiklərimə inanın. İndi oturmuşam özümçün, saf-çürük edirəm.
Yaxşı ki, jurnalistikada və pedaqoji sahədə işləyən zaman, hər cürə insanlarla yoldaşlıq etdim. Həm də mən onların təsiri altına düşməmişəm axı. Amma öz aramızdır, mən də çox oyunlardan çıxmışam ha. Ancaq, kişi kimi. Alçaqlıq, satqınlıq, yaltaqlıq etməmişəm, özgəsinin arvadına sataşmamışam. Çox mənəm-mənəm deyib döşünə döyən, elədiklərini gözə soxmağa çalışan insanlar görmüşəm. Özlərini tərifləmək üçün ölürlər.
Mən tükü-tükdən seçməyi bacaran adamam, illəri yormuşam. Belələrini çox dişimə vurub sınaqdan keçirmişəm. Beş barmağım kimi tanıyıram onları. Dar gündə, dar ayaqda adamı qoyub qaçandırlar.
“Desəm, öldürərlər”. Vallah deyəcəyəm. Görəsən dünyanın əşrəfi olan insanda hardandır bu minsifətlilik, paxıllıq, cığallıq? Yəni zəmanə xarab olub? Bəs, elə zəmanə belə “xarab ola-ola” getsə, axırımız hara gedib çıxar? Zəmanə yazıqda nə təqsir? Demək, onda bəzi insanlar xarab olub. Mərdlik, kişilik, düzlük, təmizlik azalıb elə bil. Ədalətsizlik, qorxaqlıq, miskinlik, yaltaqlıq, məddahlıq meydan sulayır.
Deyirəm e, “keçən günə gün çatmaz, calasan günü-günə”. Bu günlərdə Qanmaz Kələntər ilə görüşmüşəm. Elə özünə layiq də ayaması var. Uzun illər bir yerdə işləmişik. Balaca vaxtı bir az key fason olduğuna görə uşaqlar veriblər ona bu “kliçkanı”. Amma sonra Qanmaz Kələntər institut qurtardı, diplom aldı. Nə olsun ki, diplomu var, yenə qanmazdı ki, qanmazdı. Elə bilməyin ki, Qanmaz Kələntər ümumiyyətlə, heç nə qanmır. Yox! Öz xeyrini çox yaxşı qanır. Nə deyim, vallah. Bəlkə özünü qanmazlığa qoyur. Onun üçün çox işlər gördüm. Bəhrəsini başqaları gördü. Mənimlə isə yalan danışırdı, elə bilirdi ki, başa düşmürəm. Bu, dəfələrlə təkrar olundu, dəfələrlə məni aldatdı. Vücuduna baxırsan, görürsən ki, kişidi də. Di gəl əməlləri, hərəkətləri nadürüst, içi isə...
Neyləyim, danışıram olmur, deyirlər ki, sən çox danışansan. Danışmıram, az qalıram infarkt olum. Əlac ona qalıb ki, evdən çıxmayım, adamların gözünə görünməyim. Niyə? Çıxıram, çıxan kimi kiminləsə rastlaşıram, dərdim təzələnir. Necə işləyəsən, necə yaşayasan? Çörəyi dizinin üstündə olan ipiqırıqlar, etibarsızlar o qədər çoxalıblar ki... Bir iş görmək istəyirsən, budur ha, qabağına bir “kötük diyirlədir”, gəl görəsən...
Son zamanlar bir şeyi də “kəşf” eləmişəm özümçün. Adamların çoxu elə bil robota dönüblər. Ürəkləri dəmirdən olduğuna görə dünya veclərinə deyil. Deyirəm, bəzi adamlar necə də laqeyd olublar. Mənə görə laqeydlik ən dəhşətli xəstəlikdir. Özün üçün yox, ətrafdakılar üçün. İnsanlar bir-birinə hörmətlə yanaşmırlar. Hamı laqeydlik, soyuqqanlıq azarına tutulub. Varlı qonşunun acından ölən qonşudan xəbəri yoxdur. Qadir Allah hamını yaradanda bərabər yaradıb. Yırtıcı, həris dişlər, caynaqlar sonranın məhsuludu. Güclü gücsüzü məhv eləyir. Şər, hiylə aləmi bürüyüb. Bəzi insanlar bir-birini amansızcasına didirlər, bir-birinin dalınca danışır, kölgəsini qılınclayırlar. Hardandır bu qədər kin, küdurət?
İnsana hörməti bərpa etməliyik. İnsan ləyaqətini təhqir edən, alçaldan nə varsa, hamısını aradan götürməliyik. Pis əməllər törədirik, sonra da şeytanı müqəssir sayırıq. Şeytanı öz içimizdə axtarmalıyıq. Mərdi qova-qova namərd eləyiblər. Ancaq düzə, doğruya zaval yoxdur. Düzlük əvvəl-axır qalib gəlir. Cahillik, bədxahlıq, əliəyrilik insanı cismən də, mənən də məhv edir, alçaldır, adamlıqdan çıxarır.
İnsanlıq uca zirvədir. Hamı o zirvəyə qalxa bilmir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün var-dövlət lazımdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır. Amma onun əsirinə çevrilmək insanı artıq məhvə aparır.
Mən bir şeyi başa düşə bilmirəm. Niyə axı bəzi insanlar gördükləri işin nə ilə qurtaracağını, halal-haramı düşünmürlər? Ağıllı adam gərək axı hər şeyin axırını, aqibətini gözünün önünə götürsün. Heç olmasa gördüklərindən ibrət dərsi götürsün, ağıllı məsləhətlərə qulaq assın.
Ulu tanrı hər şeyi görəndir, hər şeyi biləndir. Hər kəs öz əməllərinə, gördüyü savab işlərə görə payını alır. Bu dünyada sənə Allah tərəfindən borc verilən ömrü gərək elə yaşayasan ki, öləndən sonra heç olmasa bir rəhmət oxuyan, xatırlayan olsun. Yaşamaq istəyirsənsə, bu ömrü kişi kimi yaşa, tülkü, çaqqal kimi yox. Ancaq çox zaman əksinə olur. Bəzi insanlar əyri yolla yaşamağa can atır.
Hər gün rastlaşdığım insan selində hər cürəsi var. Qarşıma çıxanlara ucadan demək istəyirəm:
-Ey insan, özünü ələ əl, özünə bir də ayıq nəzər sal. Özünü tarazlaşdır. Bu çətin zamanda həyat yolunu doğru-düzgün müəyyənləşdir! Sözünün, səsinin, haqqının sahibi ol. Zamanın qasırğası, tufanı qarşısında möhkəm dayan...
...Hər şey yaxşı olacaq. Bu özü də bir təsəlli, güman işığı, ümid işığıdır...

Son xəbərlər

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930