Xəbərlər
19.05.2026, 00:23
Əzizə Ağahüseynqızı : Vətəndi, obadı, eldi yasəmən - FOTO
YASƏMƏN
Yazda çiçəkləyər, bürküyə qalmaz,
Sırğa düzümündə nizam pozulmaz,
Ona bəslədiyim sevgim azalmaz,
İncədi, zərifdi, tüldü yasəmən.
Narın yağışlara qarışıb gələr,
Bənövşə, nərgizlə yarışıb gələr,
Alın yazısıyla barışıb gələr,
Şirin- şirin dinən dildi yasəmən.
Üzünə kəc baxsan ürəyi buzlar,
Ayazda, dumanda, çiskində sızlar,
Yumar gözlərini günəşi gözlər,
Tanrıya uzanan əldi yasəmən.
Ulduz - ulduz açar, ayla danışar,
Ləçək - ləçək axan çayla danışar,
Qönçə eşqi ilə yanar, alışar,
Soyuna vəfalı güldü yasəmən.
Qışda arzuladım bahar ətrini,
Ruhumu oxşayan topa çətrini,
Daim əzizlərəm əziz xətrini,
Vətəndi, obadı, eldi yasəmən.
Sırğa düzümündə nizam pozulmaz,
Ona bəslədiyim sevgim azalmaz,
İncədi, zərifdi, tüldü yasəmən.
Narın yağışlara qarışıb gələr,
Bənövşə, nərgizlə yarışıb gələr,
Alın yazısıyla barışıb gələr,
Şirin- şirin dinən dildi yasəmən.
Üzünə kəc baxsan ürəyi buzlar,
Ayazda, dumanda, çiskində sızlar,
Yumar gözlərini günəşi gözlər,
Tanrıya uzanan əldi yasəmən.
Ulduz - ulduz açar, ayla danışar,
Ləçək - ləçək axan çayla danışar,
Qönçə eşqi ilə yanar, alışar,
Soyuna vəfalı güldü yasəmən.
Qışda arzuladım bahar ətrini,
Ruhumu oxşayan topa çətrini,
Daim əzizlərəm əziz xətrini,
Vətəndi, obadı, eldi yasəmən.
03.01.2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















