Turaztv.az » Xəbərlər » ADY 4 ayda 3,5 milyondan çox sərnişin daşıyıb
Xəbərlər

ADY 4 ayda 3,5 milyondan çox sərnişin daşıyıb

18.05.2026, 12:20 197
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bu ilin yanvar-aprel aylarında 3 milyon 597 min 854 sərnişin daşıyıb.

"Unikal" bu barədə ADY-ə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

Təkcə bu ilin aprel ayında 1 milyon 29 min 184 sərnişin daşınıb ki, bu da illik müqayisədə 14% artım deməkdir.

Onu da qeyd edək ki, hesabat dövründə ADY ilə səfər etmiş xarici turistlərin sayı isə 8500 nəfəri ötüb.

Oxşar xəbərlər