
Xəbərlər
18.05.2026, 11:19
Natella Nur : Bu gün,18 may yasəmənlər günüdür - FOTO
Sevimli baharın ən gözəl güllərindən biri olan yasəmənlər, sərin meh əsdikcə, nazlanaraq yellənir, günəşin al şəfəqləri altında ətrafa ətir saçır, sanki insanlara yüksək əhval ruhiyyə bəxş etməyə çalışır...
Dünyamızı sevə- sevə yaradan Allah, yaratdığı bütün gözəllikləri və nemətləri məhz insanlara xoş ovqat bəxş etmək üçün xəlq etmişdir.
Bəs biz insanlar necə, bütün bunları dərk edib, Tanrıya minnətdar oluruqmu?!
YASƏMƏNLƏR
Yasəmənlər füsünkardır,
Üç rəngi də ecazkardır.
Ağ, çəhrayı, yasəməni,
Valeh edir rənglər məni.
Zərif ətri məst eyləyir,
Duyğulara sığal çəkir.
Gözəllərin gözəlidir,
Nazlanmaqda birdənədir.
Meh əsdikcə hey yellənir,
Baxanlara əl eyləyir.
Bağı, baxçanı bəzəyir,
Sevilir, əllərdə gəzir.
Üç rəngi də ecazkardır.
Ağ, çəhrayı, yasəməni,
Valeh edir rənglər məni.
Zərif ətri məst eyləyir,
Duyğulara sığal çəkir.
Gözəllərin gözəlidir,
Nazlanmaqda birdənədir.
Meh əsdikcə hey yellənir,
Baxanlara əl eyləyir.
Bağı, baxçanı bəzəyir,
Sevilir, əllərdə gəzir.
18.05.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













