Turaztv.az » Xəbərlər » Azərbaycan atıcısı Avropa çempionatında bürünc medalını qazanıb
Xəbərlər

Azərbaycan atıcısı Avropa çempionatında bürünc medalını qazanıb

18.05.2026, 00:58 102
Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan Azərbaycan atıcısı İslam Əjdərov fəxri kürsüyə qalxıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, U-18 yaşadək idmançıların yarışının yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb. Rəqibini üstələyən atıcı bürünc medal qazanıb.



Oxşar xəbərlər