Turaztv.az » Xəbərlər » "Mançester Siti" İngiltərə Kubokuna sahib çıxıb
Xəbərlər

"Mançester Siti" İngiltərə Kubokuna sahib çıxıb

16.05.2026, 22:18 102
Futbol üzrə İngiltərə Kubokunun qalibi müəyyənləşib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, finalda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" titula sahib çıxıb.

Londondakı "Uembli" stadionunda keçirilən matçda yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub.

Qeyd edək ki, ötən mövsüm İngiltərə Kubokunu finalda "Mançester Siti"yə qalib gələn "Kristal Pelas" qazanmışdı.

Oxşar xəbərlər