Turaztv.az » Xəbərlər » Atlaz Rzayi : Unutmaq - FOTO
Xəbərlər

Atlaz Rzayi : Unutmaq - FOTO

15.05.2026, 22:26 125
Nə yaxşı ki, unutmaq var.
Yoxsa dəli olardıq
Xatirələr əlindən.
Sevinc, kədər əlindən.
Dünənin də , bu günün də öz yükü var,
Yaramıza səpməyə
Duz yükü var.
Xatirələr alovdursa,
Unutmaq da su imiş.
Yuyub -yuyub aparır
Yaxşımızı, pisimizi,
Əyrimizi, düzümüzü.
Hərdən yeri düşəndə
Çıxardır ağ günlərə
Qara olan üzümüzü.
Nə yaxşı ki, unutmaq var.
Adamı yer altından
Yer üstünə çıxarar,
Fikrini, düşüncəsini
Min aynada yaxalar.
Unutduqca dərdlərini
Qazanarsan sabahını,
Qələbəni, müjdəni.
Nifrəti söndürməyə
Yaddaşının ölməyi bəs edərmiş,
Qəlbinin gülməyi bəs edərmiş.

Oxşar xəbərlər