Müəllifi: Natella Nur

Baharın füsünkar vaxtı,
Qurulanda şahlıq taxtı,
Gəzdim doğma Qarabağı,
Dilbər guşəli torpağı.

Çəmən- çiçək naz eylədi,
Qaranquşlar əl eylədi.
Ördək, qazı göldə üzdü,
Durnaları göydə süzdü.

Al lalələr yırğalandı,
Meh əsdikcə dalğalandı.
Tərif dedim:- sevindilər,
Dərim dedim:- incidilər.

Dedilər:- qoxlayıb atma,
Kökümüzdən ayrı salma.
Bu torpağa bağlanmışıq,
Gücü də ondan almışıq.

Sordum:- nədən rəngin aldır?
Sinəndəki qara xaldır?
Dedi:-Şəhidlər qanıdır,
Qara onun ağrısıdır.

Gəlin, ziyarət eyləyin,
Şəhidləri yad eyləyin,
Vətən deyib vuruşdular,
Torpağına qovuşdular.

Şəhid ruhu göylərdədir,
Haqqı, gözü yerlərdədir.
Siz onları unutmayın!
Ailəsini unutmayın!

Şair ruhum göyə qalxdı,
Şimşək olub yerə çaxdı.
Nələr söylədi lalələr?
Kövrək baxışlı lalələr...

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Vatsapda bu yeniliklər olacaq

TUBU İMANOVA : SEV GÖRÜM - FOTO

Məşhur aktyor “Eşref Rüya”da - FOTO

FED-in yeni sədri bəlli oldu

Fazil Osmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi - Fotolar

Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır - FOTO

NƏLƏR SÖYLƏDİ LALƏLƏR - FOTOLAR

Hindistanda axtarılan narkotik şəbəkəsi üzvü Azərbaycanda saxlanıldı

Firdovsi Umudov Güləş Federasiyasında komitə üzvü oldu

Vens: İranla danışıqlarda irəliləyiş əldə etdiyimizə inanıram

Azərbaycan güləşçisi Avropa çempionu olub

Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?

108 yaşlı qadının uzunömürlülük sirri: Hər səhər bunu edir

Mətin Akpınar milyonluq səhmlərini satışa çıxardı

Alina Kərəmlə tərəf müqabili oldu

Toylarla bağlı təklifi gündəm oldu

BİR YOL VƏ ÜÇ ÖMÜR - FOTO

Slovakiya Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayıb

CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir

Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

SÖZ MƏQAMI OLAN TAPDIQ ƏLİBƏYLİ - FOTO

TƏBİB-in rəhbərindən yeni təyinatlar - FOTO

QIZBƏS QƏBƏLƏ : ÖZBƏK BULAĞI (Poema) - FOTO

Sabah 31° isti olacaq - PROQNOZ

Məşhur SSRİ diplomatının nəvəsi ölü tapıldı

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031