Yeni təhsil naziri: “Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur”“Bizdə məktəb hələ də kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır”.

"Turaztv.az" azedu.az-a istinadən xatırladır ki, bu ilin fevral ayında Təhsil Nazirliyinin aparatının əməkdaşları, yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Təhsildə keyfiyyətin təminatı”na dair müşavirədə o vaxt Təhsil İnstitutunun direktoru işləyən Emin Əmrullayev maraqlı çıxışlarla yadda qalıb.

O, orta ümumtəhsil müəssisələrinin bu şəkildə rəsmiləşməsində hər hansı fayda görmədiyini bildirib:

“Bizdə hələ də məktəb kifayət qədər rəsmi bir qurumdur. Onun qeyri – rəsmiləşməsi ilə bağlı çox iş görmək lazımdır. Lazım gəlsə, müəllim şagirdin öyrənməsi üçün hər şey etməlidir. Onun gözəl geyinib özünü məmur, siyasətçi kimi aparmasında heç bir fayda yoxdur. Fikrimcə bu, direktor və Rayon Təhsil Şöbələrinin müdirlərinə də aiddir. Bölgələrdə olanda da bunun şahidi oluram, rəsmiyyət, formallıq həddən artıq çoxdur. Bunun nə həmin şəxslərə, nə onlarla ünsiyyətdə olanlara, nə də təhsilin keyfiyyətinə heç bir faydası yoxdur. Sadəcə bu cür qəbul olunub: “Belə etməsək, ayıb olar”. Məncə bu, ayıb deyil. Amma rəqəmlərdə üz – üzə qalmaq daha ayıb reallıqdır”.

Emin Əmrullayev təhsildə keyfiyyət təminatından bəhs edərkən aşağıdakı məsələlərə toxunub:

“Nə istəyirik? Bunun üçün bizə hansı alətlər lazımdır? Bunlar çox əsasdır. Vasitələr həmin hədəflərə uyğun seçilib, düzgün, yerində istifadə edilsə, əminəm ki, nəticə verəcək. Çünki burada mürəkkəb bir problem yoxdur. Bunun üçün böyük bir bacarıq da tələb olunmur. Sadəcə istək və düzgün yanaşma kifayətdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Emin Əmrullayev təhsil naziri təyin edilib.

"Turaztv.az"

Son xəbərlər

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Qəlbimizə hakimliyi bacarırıqmı?

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31