ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olunub


Baş konsul Nəsimi Ağayevin Los-Ancelesdə erməni daşnaklarının azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirdiyi zorakılıq və vəhşiliklərlə bağlı yazdığı məqalə 26 iyulda ABŞ-ın “Medium” onlayn media platformasında dərc olunub.

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məqalədə baş konsul hadisə haqda ətraflı məlumat verərək, Los-Ancelesdəki Baş Konsulluğumuz qarşısında aksiya keçirən erməni daşnaklarının Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətinə, eləcə də, ölkəmizə qarşı həyata keçirdiyi son hərbi təxribatına etiraz edən 50-yə yaxın həmyerlimizə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəmnində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır.

N.Ağayev qeyd edir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu zorakı qrupa rəhbərlik etməklə öz aqressiv və radikal daşnak ideologiyasının əsl simasını hər kəsə nümayiş etdirib.

N.Ağayev sonra dünyanın iki ən böyük yəhudi təşkilatı olan, Los-Ancelesdə fəaliyyət göstərən Simon Vizental Mərkəzi və Amerika Yəhudi Komitəsinin, eləcə də, ABŞ-da yaşayan 250 min israillini birləşdirən İsrail Amerikalıları Şurasının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir və onların açıqlamalarından sitatlar gətirir.

Baş konsul Los-Ancelesdə fəaliyyət göstərən digər bütün icmalara, dini liderlərə və seçkili orqanların rəhbərlərinə müraciət edərək, onları bu nifrət zəminində törədilmiş cinayəti qınamağa çağırır və bu cür davranışların müasir günümüzdə və gələcəyimizdə yeri olmadığını dilə gətirir.

Həmçinin, N.Ağayev qeyd edir ki, ABŞ-da doğulmuş və Los-Anceles kimi multikultural şəhərdə böyümüş gənc erməni daşnaklarının nümayiş etdirdikləri yüksək aqressivlik onların əhatə olunduğu, daim nifrət və düşmənçilik aşılayan mühitin mövcudluğundan xəbər verir ki, bu da istənilən icma üçün və gələcək nəsillər üçün olduqca zərərli bir haldır.

Məqalə ilə bu linkdə tanış olmaq olar: https://link.medium.com/rRVPXJlhs8

Son xəbərlər

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31