Qızılın bir troya unsiyasının qiyməti yanvar ayının sonunda qeydə alınan kəskin tarixi ucuzlaşmadan sonra yenidən 5 000 dollar səviyyəsində ticarət edilir.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, son aylarda geosiyasi risklər və ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyinə dair narahatlıqlar səbəbindən bahalaşan qızılın unsiya qiyməti yanvarın sonunda spekulyativ alışların artmasından sonra kəskin geriləmə göstərib.

İlin əvvəlinə 4 321 dollar səviyyəsindən başlayan qızılın bir troya unsiyasının qiyməti yanvarın 29-da 5 600 dolları keçərək tarixi maksimum səviyyəyə çatıb. Fevral ayının əvvəlində satışların güclənməsi nəticəsində qiymətlər 4 min 402 dollara qədər enib.

Bu gün səhər saatlarında qızılın bir troya unsiyasının qiyməti 80 dollar artaraq 5 060,7 dollara yüksəlib. Bununla da, qızıl yanvarın 29-da qeydə alınmış maksimum səviyyədən sonra itirdiyi dəyərin təxminən yarısını bərpa edib. Qızıl ilin əvvəlindən etibarən investorlarına 650 dollardan çox gəlir qazandırıb.

Gümüşün qiymətində kəskin dalğalanmalar davam edir

Gümüş bazarında qiymət dəyişiklikləri qızılla müqayisədə daha kəskindir. 126 dollarlıq rekord səviyyədən sonra dəyərinin üçdə birindən çoxunu itirən gümüşün bir troya unsiyasının qiyməti bu gün 5 faiz bahalaşaraq 80 dolları ötüb. Gümüş ilin əvvəlindən bəri 40 faizdən çox bahalaşaraq 21 faiz artım göstərən qızılı geridə qoyub.

Analitiklər qızılın bir troya unsiya qiymətinin 5 000 dollar səviyyəsindən yuxarı qalmasının mühüm əhəmiyyət daşıdığını bildirirlər. Həmin səviyyənin qorunması qiymətlərin orta müddətli istiqamətinin müəyyənləşməsində əsas göstəricilərdən biri hesab olunur.

Qeyd edək ki, qızılın bir troya unsiyasının qiyməti ötən ili iqtisadi qeyri-müəyyənliklər, geosiyasi gərginliklər, inflyasiyanın zəifləməsi, faiz endirimi gözləntiləri, mərkəzi bankların fiziki alışları və dolların ucuzlaşması nəticəsində 65 faizdən çox artımla başa vurub.

Son xəbərlər

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Qalib gəldi - Yenilənib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 31° isti olacaq

29 məktəbli yanaraq öldü - Konqoda dəhşət

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Xəstəxanadan çıxan kimi ilk işi atası ilə nərd oynamaq oldu - Foto

Amansız xəstəliklə mübarizə aparır

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bu ərazilərdə sentyabr pensiyaları ödənildi

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Cümşüd Aydəmir : Divanın mübarək,Mövlud Ağamməd!

Yusif Nəğməkar : BİRLƏŞİR

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş

“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB

Almaniyada zəlzələ oldu

Beş nəfərin yanaraq öldüyü qəzadan təkcə o sağ çıxdı - Təfərrüat

Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO

Hər an ABŞ-yə göndərilə bilərlər - Kral ailəsində qalmaqal böyüyür

Leyla Əliyeva Madriddə qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə - Fotolar

Məlahət Behbudqızı : Xatirələr solmur

Azərbaycanda gömrük və qiymətli metallarla bağlı qaydalar dəyişdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930