Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC gənc istedadların inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Tələbə Təqaüdü Proqramı”na qeydiyyatı açıq elan edir.

Təşəbbüs Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq hazırlanıb.

Bu çərçivədə “Azercell”in bu ilki Tələbə Təqaüdü Proqramı STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Proqram ölkədə İT/İKT, Data Elmi, Analitika, Süni İntellekt və Maşın Öyrənməsi, Robototexnika, Avtomatlaşdırma, Şəbəkə Texnologiyaları, Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi sahələrində ixtisaslaşmış yeni nəsil kadr potensialının formalaşdırılmasına töhfə verməyə yönəlib.

“Azercell”in təqaüd proqramında yüksək akademik göstəricilərə malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və 5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və 2-ci kurs tələbələri müraciət edə bilərlər.

Müraciətlər 11.02.2026-cı il tarixinədək qəbul olunur.

“Tələbə Təqaüdü Proqramı” üzrə seçim prosesi müraciətlərin ilkin qiymətləndirilməsi, iştirakçıların bilik və bacarıqlarının dəyərləndirilməsi, eləcə də müsahibə mərhələlərindən ibarətdir.

Proqram çərçivəsində ən yüksək nəticə göstərmiş bir qrup tələbə təhsil müddətinin sonunadək şirkətdən təqaüd alacaq. Həmçinin qaliblər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, istedadlı gənclərin dəstəklənməsini prioritet istiqamət kimi müəyyən edən “Azercell” son 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb, gənclərin bilik və bacarıqlarının inkişafına davamlı dəstək olub. Ətraflı məlumat və müraciət üçün keçid: “Tələbə Təqaüdü Proqramı 2026”.

Son xəbərlər

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31